DataLife Engine > son, Cəmiyət > Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir.

Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir.

  Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir.

Bildiyimiz kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb. Tədbirdə 55 ölkədən 400-ə qədər ali və yüksək səviyyəli nümayəndələr, o cümlədən sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər. 9-cu Qlobal Bakı Forumuna onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə qatılıb. Tədbir zamanı bir sıra vacib məsələlərlə bağlı müzakirələr aparılmışdır. Qlobal Forumda Cənubi Qafqazda dayanıqlı inkişaf barəsində aparılacaq müzakirələrdə mina problemindən Qarabağda aparılan geniş quruculuq işlərindən bəhs olunmuşdur.
Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub:" Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var"
Son zamanlar Azərbaycanda baş verən hadisələr istənilən mənada onu deməyə imkan verir ki, 30 ilə yaxın bir müddət ərzində yaşadığımız bütün çətinliklərin və haqsız davranışların nəticəsi olaraq tarixə 44 günlük müharibə kimi daxil olan qısa müddətdə bizim nə qədər sülhsevər bir ölkə olmağımızla bərabər, həm də öz hüquq və haqlarımızı tələb etmək gücündə olduğumuzu da sübuta yetirdi. İllər boyu bütün qoyulan şərtlərə tərəddüdsüz və birmənalı şəkildə əməl edən Azərbaycan bunu qarşı tərəfdən görməyəndə haqsızlığa uğradığını açıq-aydın görür. Beynəlxalq dövlət qrupları ermənilərin bu hərəkətlərinə nədənsə hər zaman göz yumublar.Regionda əmin-amanlıq həmişə qarşı ölkə tərəfindən pozulub. Günahsız insanlar onların bu haqsız hərəkətlərinin qurbanı olublar.
Qeyd edək ki, 16,17 və 18 iyun tarixlərində keçirilən IX Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma”, “Qlobal təhükəsizlik strukuruna və sülh perspektivlərinə təkrar baxış”, “Enerji təhlükəsizliyinə cari təhlükələr: Onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları”, “Qlobal səhiyyənin idarə edilməsi”, “Cənubi Qafqaz, sülh, əməkdaşlıq və inteqrasiya”, “Dəyişən Avropa və Qərbi Balkan regionunun təhlükəsizliyi”, “Yaxın Şərq, ərəb və müsəlman dünyasında sülh, sabitlik və inkişaf axtarışında”, “Qloballaşma və artan bərabərsizliklər”, “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar”, “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” və “Gənclər danışsın, biz dinləyək” mövzularında panellər təşkil olunmuşdur .
Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu. Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidirlər.
Beləliklə, IX Qlobal Bakı Forumu ölkə rəhbərinin qətiyyətli siyasətinin növbəti təntənəsi olmaqla yanaşı, eyni zamanda rəsmi Bakının belə formlara ev sahibliyi etməsi Azərbaycanın qlobal sülhə töhfə verən güc kimi mövqeyini bir daha nümayiş etdirdi.
Forumun sonuncu iclası Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib.


Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının fəalı : Lalə Mehdizadə
[xfgiven_ingredients]
[xfvalue_ingredients]
[/xfgiven_ingredients]