DataLife Engine > son, Cəmiyət > Dünyanın siyasi gündəmi Azərbaycanda müzakirə olunur

Dünyanın siyasi gündəmi Azərbaycanda müzakirə olunur

Dünyanın siyasi gündəmi Azərbaycanda müzakirə olunur

Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü düşünülmüş, qətiyyətli siyasətin nəticəsidir ki, ölkəmiz müharibədən öncə və ya müharibə dönəmində olduğu kimi, post-müharibə dövründə də beynəlxalq arenada nüfuz sahibidir. Azərbaycan dünya birliyinin regionda daha çox inandığı və etibar etdiyi, daha sıx əməkdaşlığa can atdığı ölkələrdən biridir.
Məlum olduğu kimi, iyun ayının 16-da ölkəmizdə daha bir mötəbər beynəlxalq Forum, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlamışdır.
İyunun 16-dan start götürən və “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 55 dən çox ölkənin, eləcədə nüfuzlu beynəlxalq təşkilatların 500 dən çox nümayəndəsi iştirak etdi.Aparılan müzakirələr öz yerində, elə iştirakçı sayı baxımından da deyə bilərik ki, Forum dünyanın ən mötəbər tədbirlərindən nənki geri qalmır, əksinə bir çox parametrlərə görə qat-qat üstündür. Eyni zamanda tədbirə dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin ünvanladığı müraciətlər yaxud Bakı platformasinin yalnız keçmiş deyil, hazırki prezident və dövlət rəsmilərinin də qatılması bu zirvə görüşünün qlobal nüfuzunu, çəkisini və imkanlarını əyani şəkildə ortaya qoyur.
Üç gün davam edən Forumda “Qlobal dünya nizamına təhdidlər”,dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər”, “enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları“, ”Həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya”, “Qlobal dünyada artan ədalətsizliklər” və digər aktual istiqamətlər üzrə kifayət qədər açıq və ən əsası səmərəli, proqmatik müzakirələr aparıldı. Bütün bunlar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə ərsəyə gələn toplantı artıq tam mənada qlobal mahiyyət qazanması həqiqətini ortaya qoyur. Bir platformanın qlobal nüfuzu və imkanları əlbəttə ki, onun üzvlərinin sayı və kimliyi ilə ölçülür. Ona görə də dövlətimzin başçısı cənab İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə qiymət verərkən Foruma 55 ölkədən yüksək səviyyəli nümayəndələrin qatılması və bu göstəricinin ötən illərlə müqaisədə xeyli çox olduğu faktını qeyd etdi.
Prezident İlham Əliyev Qlobal Bakı platformasının müəllifi kimi bütün tərəfləri, dünaynını faktiki düşünən beyinlərini, dövlətçilik, idarəçilik, beynəlxalq diplomatiyada sözün əsl mənasında məktəb keçmiş, zəngin təcrübə toplamış şəxsləri bir sözlə hərkəsi açıq söhbətə dəvət edir. Onları aktiv müzakirəyə, birgə fəaliyyətə çağırır. Bakı platformasının üstünlüyü və digər qlobal toplatılardan fərqi məhz budur.
Dövlətimizin başçısı təxminən 30 dəqiqə davam edən çıxışında faktiki bütün istiqamətlər barədə ətraflı məlumat verdi, dünyada baş verən bütün hadisələri geniş təhlil edərək gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirdi, Azəbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Prezident İlham Əliyev müəllifi olduğu Qlobal Bakı Forumu tribunasından Ermənistan rəhbərliyinə, onların havadarlarına konkret mesajlar ünvanladı. Dövlətimizin başçısı açıq şəkildə bəyan etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq.Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Cənab İlham Əliyev IX Qlobal Bakı bir daha bütün dünyaya bəyan etdirdi ki, Azərbaycan regionda sülhün və əmin-amanlığın bərqərar olmasının tərəfdarıdır və Ermənistandan fərqli olaraq bunun üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.
Dövlətimizin başçısı bir daha açıq şəkildə bəyan etdi ki, ABŞ,Rusiya və Fransadan ibarət olan ATƏT-n Minsk qrupu həmsədrləri 28 il ərzində Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir iş görməyiblər. Onların fəaliyyətinə artıq ehtiyac yoxdur. Bu, Prezident İlham Əliyevin tam müstəqil siyasət yürütdüyünün göstəricisidir.
Qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən başqa bir sahənin enerji sektoru olduğunu vurğulayan dövlətimizin başçısı qeyd etdi ki,Azərbaycan enerji təhlükəsizliyinə çox investisiya yatırır. Aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır və onlar beynəlxalq tərəfdaşlığa gətirib çıxarır.Azərbaycan neft kəməri ilə Qara dənizi və Xəzər dənizini, dünyada ilk dəfə olaraq neft kəməri ilə Aralıq dənizi ilə Xəzər dənizini birləşdirdi.
Prezidentimzin də bildirdiyi kimi, Azərbaycan enerji və nəqliyyat sektorlarında Asiya, Qafqaz, Avropa ölkələrini və Avropa İttifaqına üzv ölkələri əhatə edən beynəlxalq əməkdaşlığın yeni geniş formatını yaradıb.Həyata keçirilən beynəlxalq layihələrdən sonra iqtisadi stimul, iqtisadi fayda olacaq, bu ölkələrdə on minlərlə iş yeri açılacaq.
Azərbaycanın xarici siyasəti müstəqildir və milli maraqlara əsaslanır deyən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın maliyyə sabitliyi, iqtisadi inkişafı ölkəmiz üçün imkanlar yaratmaqla yanaşı, qonşu ölkələrə investisiya yatırmağa və daha çox körpü qurmağa imkan verir.
Beləliklə, IX Qlobal Bakı Forumunda aparılan müzakirələr,səslənən fikirlər, təklif edidlən ideyalar həmişəki kimi çox məhsuldar oldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və Forumda iştirak edən qonaqlar dünyada mövcud olan vacib məsələlərləri qabartdılar və müzakirə etdilər. Bu o deməkdir ki, Azərbaycan artıq dünyada mövcud olan problemlərin həlli yollarını müzakirə edən məkana çevrilib.



Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının əməkdaşı : Çingiz İbrahimov
[xfgiven_ingredients]
[xfvalue_ingredients]
[/xfgiven_ingredients]