» » Azərbaycan prezidenti türkiyəli həmkarına başsağlığı verib

Azərbaycan prezidenti türkiyəli həmkarına başsağlığı verib

Azərbaycan prezidenti türkiyəli həmkarına başsağlığı verib

Prezidenti İlham Əliyev Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, məktubda deyilir: "Əziz qardaşım,

Ankarada törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı.

Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla mübarizəni zəruri hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"
Müəllif: jurnalist | 10-10-2015, 17:02
Oxunub: 1078
    
Reklam