» » Azərbaycan və Türkiyə KİV-ləri ilə bağlı qərar

Azərbaycan və Türkiyə KİV-ləri ilə bağlı qərar

Azərbaycan və Türkiyə KİV-ləri ilə bağlı qərar

Türkiyədə "Azərbaycanla Türkiyə arasında mətbuat və informasiya sahələrində əməkdaşlıq protokolunun təsdiq edilməsi haqqında" qərar qüvvəyə minib.

Anspress-in məlumatına görə, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ində məlumat dərc edilib.

25 oktyabr 2011-ci ildə imzalanan əməkdaşlıq protokolu ilə bağlı Türkiyə Nazirlər Kabineti 30 sentyabr tarixində qərar qəbul edib.

Bu qərar iki ölkə və xalq arasındakı dostluq əlaqələrini gücləndirərək ortaq məlumatın sərbəst mübadiləsi, mətbuat və informasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır.

Qərara əsasən, tərəflərin KİV-ləri ilə Türkiyə Respublikası baş nazirlik Mətbuat-Yayım və İnformasiya Baş İdarəsi və Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) arasında məsləhətləşmə və əməkdaşlıq aparılacaq.
Müəllif: Müxbir | 26-10-2014, 22:48
Oxunub: 581
    
Reklam