» » Göyçayda ev yandı

Göyçayda ev yandı

Göyçayda ev yandı

Göyçay rayonunun Yekəxana kəndində evdə yanğın baş verib. Kənd sakini, 63 yaşlı Bəsti Cəbrayılovaya məxsus 2 otaqlı ev içərisindəki əşyalarla birlikdə yanıb.

Yanğın zamanı evdə heç kim olmayıb. Hadisə yerinə Göyçay Rayon Yanğından Mühafizə Xidmətinin 2 maşını və 11 nəfərlik şəxsi heyəti cəlb olunub. Alovun qarşısı alınıb. Yanğına evdəki maye qaz balonun partlamasının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.
Müəllif: Müxbir | 26-10-2014, 22:42
Oxunub: 624
    
Reklam