» » Yanacaq daşıyan maşın aşıb, partlayış və yanğın baş verib

Yanacaq daşıyan maşın aşıb, partlayış və yanğın baş verib

Yanacaq daşıyan maşın aşıb, partlayış və yanğın baş verib

Yanğın nәticәsindә ərazidәn keçən yüksәk gәrginlikli elektrik xәtlәrinə ziyan dәyib, Yasamal rayonunun әksәr hissәi işıqsız qalıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yanacaq daşıyan maşının aşması ilə bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, FHN-in saytında yerləşdirilmiş məlumatda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonunda “Mercedes” markalı yük avtomobilinin qəzaya uğraması nəticəsində ona qoşulmuş, tutumu 40 ton olan yanacaq çəni yolun kənarına aşıb.

Qəza yanğınla nəticələnib. Yanğın nəticəsində yük avtomobilinin yanar hissələri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub.

Yanğın avqustun saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Müəllif: Müxbir | 25-08-2014, 00:12
Oxunub: 588
    
Reklam