» » Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 3-ə çatdı

Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 3-ə çatdı

Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 3-ə çatdı

Qəzada yaralananların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha birinin kimliyi məlum olub.
Sumqayıt şəhər Təcili Yardım Stansiyasından APA-ya verilən məlumata görə, yaralılardan biri Ofeliya Məmmədovadır.

****
Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.

Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb.

Xəstəxanadan onu da bildiriblər ki, oraya yerləşdirilən digər yaralıların vəziyyəti orta-ağırdır.

***

Sumqayıt şəhər Təcili Yardım Stansiyası Bakı-Sumqayıt yolunda 2 nəfərin ölümünə səbəb olan ağır qəzada yaralanan şəxslərin adını açıqlayıb. Stansiyadan Lent.az-a verilən məlumata görə, yaralılar aşağıdakılardır:

1. Əhmədov Rəşad
2. Cavadov Rövşən
3. Allahverdiyev İbadət
4. Ağakişiyev Baloğlan
5. Paşabəyov Afiq
6. Məmmədova Əsmər
2 qadın və 2 kişinin adları isə naməlumdur.

Stansiyanın reanimasiya şöbəsindən verilən məlumata görə, hazırda qəzada yaralanan 6 nəfər əməliyyatdadır. Onlardan 3 nəfərinin vəziyyəti çox ağırdır.



***

Sumqayıt şəhər Təcili Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 10 nəfərə yaxın insan yaralanıb. Yaralılar ağır travmalıdırlar, ayağı kəsilən də var.

***

Bakı-Sumqayıt yolunda mikroavtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.
Müəllif: jurnalist | 17-09-2015, 17:06
Oxunub: 415
    
Reklam