» » Kürdəmirdə ağır yol qəzası baş verib.

Kürdəmirdə ağır yol qəzası baş verib.

Kürdəmirdə ağır yol qəzası baş verib.

Kürdəmirdə baş verən yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

Shirvantv.info ın məlumata görə, qəza zamanı Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Hamlet Ramiz oğlu Qarayev hadisə yerində ölüb.

Qəza zamanı Tərtər rayon sakinləri - 2007-ci il təvəllüdlü Nail Azər oğlu Nurullazadə, 1985-ci il təvəllüdlü Güləndam Mobil qızı Nurullayeva, 1964-cü il təvəllüdlü Sənubər Pəriş qızı Musayeva, 1962-ci il təvəllüdlü Mobil Bəhmən oğlu Musayev ağır bədən xəsarətləri alıblar.

Qəza zamanı xəsarət alan 4 nəfər şəxs bir ailənin üzvü olub.



* * *
10:48

Kürdəmirdə ağır yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun 170-ci kilometrliyində Kürdəmir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMW” və “Hyundai Sonata” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb.

Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Müəllif: Müxbir | 11-07-2014, 12:33
Oxunub: 554
    
Reklam