» » İsmayıllıda kikboks, Balakəndə isə uşu-sanda üzrə Azərbaycan birinciliyi keçirilib

İsmayıllıda kikboks, Balakəndə isə uşu-sanda üzrə Azərbaycan birinciliyi keçirilib

İsmayıllıda kikboks, Balakəndə isə uşu-sanda üzrə Azərbaycan birinciliyi keçirilib

İsmayıllıda yeniyetmə və gənclər arasında kikboks, Balakəndə isə uşaq və yeniyetmələr arasında uşu-sanda üzrə Azərbaycan birinciliyi keçirilib. 2 saylı UGİM-in idmançıları hər zaman olduğu kimi bu dəfə də qatıldıqları yarışlardan Nizami yurduna əlidolu dönüblər.
Shirvantv.info Kəpəz TV-yə istinadən xəbər verir ki, Balakəndə reallaşan uşu-sanda üzrə Azərbaycan birinciliyində 17 komandadan 150-yə yaxın idmançı mübarizə aparıb. Əməkdar məşqçi İlqar Alıyevin rəhbərliyiylə yarışa 8 idmançı ilə yollanan 2 saylı UGİM birinciliyi eyni sayda medalla başa vurub. 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında çıxış edən Emil Babayev fəxri kürsünün ilk pilləsində yer alıb. Babayev 40 kq-da bütün rəqiblərini qabaqlamağı bacarıb.

İdman məktəbindən digər iki baş mükafatı uşaqlar arasında 36 kq-da Rəşad Rəhimovla 40 kq çəkidə Tural Əliyev qazanıb. Bu yaş kateqoriyasında 21 kq-da Şahin Babayev, 30-da Elgün Qocayev və 40 kq çəki dərəcəsində Hüseyn Əsgərov gümüş, yeniyetmələrdə isə 33 kq-da Elgün Alıyev və 52-da Rauf Cəfərov bürünc mükafata yiyələnib.

İsmayıllıda keçirilən kikboksinq üzrə ölkə birinciliyində isə 2 saylı UGİM 3 idmançı ilə təmsil olunub. Gənclərdən 54 kq-da döyüşən Səfəralı Məmmədrzayev 3-cü olub. Komanda yoldaşından geri qalmayan 48 kq çəkidə mübarizə aparan İlknur Alıyev də yeniyetmələr arasında yarışda aktivinə bürünc medal yazdırıb.
Yarışlara həmişəki kimi yaxşı hazırlaşdıqlarını deyən məşqçi İlqar Alıyev yetirməsi Rəşad Rəhimovun 5-ci dəfə Azərbaycan çempionu olmasını sevindici hal olaraq qiymətləndirib.

Qeyd edək ki, qarşıda Gəncə idmançılarını daha bir mötəbər yarış gözləyir. Uşu-sandaçılar iyulun 20-dən 25-dək Bakıda baş tutacaq yeniyetmə və gənclər arasında uşu-sanda üzrə beynəlxalq turnirdə mübarizə aparacaqlar.
Müəllif: Müxbir | 30-06-2014, 10:11
Oxunub: 622
    
Reklam