» » Qəbələdə yaralı hərbi qulluqçuların ailə üzvləri ziyarət olunub

Qəbələdə yaralı hərbi qulluqçuların ailə üzvləri ziyarət olunub

Qəbələdə yaralı hərbi qulluqçuların ailə üzvləri ziyarət olunub

Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-14-də dövlət sərhədində törədilən genişmiqyaslı təxribata cavab olaraq ordumuzun həyata keçirdiyi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçuların ailələrini ziyarət ediblər.

Rayon icra hakimiyyətindən bildirilib ki, əməkdaşlar hərbi qulluqçuların ailə üzvləri ilə mənəvi-psixoloji söhbətlər aparıb, onların problemləri ilə maraqlanıblar.

Hərbi qulluqçuların ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Müəllif: Anar | 22-09-2022, 14:31
Oxunub: 13
    
Reklam