» » Şəhid Cavidan Bədəlov İsmayıllıda dəfn olunub

Şəhid Cavidan Bədəlov İsmayıllıda dəfn olunub

Şəhid Cavidan Bədəlov İsmayıllıda dəfn olunub

Erməni silahlı birləşmələrinin təxribatını dəf edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də baş leytenant Cavidan Bədəlovdur. Şəhidimiz doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Talıstan kəndində dəfn olunub.

Dəfn mərasimində rayon rəhbərliyi, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgərləri, yaxınları iştirak ediblər.

Vida mərasimdən sonra üçrəngli, ay-ulduzlu bayrağa bükülən şəhidimizin nəşi Talısatan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimindən sonra şəhidimizin döyüş yolundan söhbət açılıb, “Qurani Kərim”dən ayələr oxunub
Müəllif: Anar | 16-09-2022, 05:20
Oxunub: 19
    
Reklam