» » Şirvan şəhərinin nümayəndə heyəti “Beynəlxalq Anadolu Günləri”ndə

Şirvan şəhərinin nümayəndə heyəti “Beynəlxalq Anadolu Günləri”ndə

Şirvan şəhərinin nümayəndə heyəti “Beynəlxalq Anadolu Günləri”ndə

Türkiyə Cumhuriyyəti Ankara şəhəri Etimesgut Bələdiyyəsi türk dünyasında qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtmaq məqsədi ilə 26 avqust - 4 sentyabr tarixlərində türkdilli dövlətləri təmsil edən mədəniyyət nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Anadolu Günləri 24” adlı Mədəniyyət və İncəsənət Festivalı təşkil edib.

Türkiyənin Ankara Etimesgut Bələdiyyəsi ilə Azərbaycanın Şirvan şəhər Bələdiyyəsi 2011-ci ilin iyul ayından etibarən qardaşlaşmış bələdiyyələr olaraq möhkəm əlaqələr qurub. Bu qardaşlığın davamı olaraq hər il olduğu kimi bu il də festivalın sonuncu günü, sentyabrın 4-ü keçirilən Azərbaycan gecəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Bələdiyyəsi və mədəniyyət işçilərindən ibarət olan nümayəndə heyəti iştirak edib. Şəhərimizin mədəniyyət işçiləri milli mədəniyyətimizi əks etdirən xalq rəqsləri, xalq mahnılarından ibarət rəngarəng proqramla çıxış ediblər. Festivalda nümayəndə heyətimiz tərəfindən milli atributlarımızı özündə əks etdirən eksponantlar və milli mətbəx nümunələrimiz nümayiş olunub.

Ankara şəhəri Etimesgut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl festivalın məqsədinin Türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunu və Türk coğrafiyasında Türk icmalarının mədəniyyətini və sənətini yaşatmaq istədiklərini bildirib.

Festivalda Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək, Ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamının yaşadığını və hər iki dövlət tərəfindən bu dostluğa və qardaşlığa dəyər verildiyini bildiriblər. Şirvan ŞİH başçısı İlqar Abbasovun salamlarını və xoş arzularını Etimesgut Bələdiyyəsinin rəhbərliyinə və festival iştirakçılarına çatdırıblar. Yerli Bələdiyyə Başkanına onlara göstərilən doğma münasibətə görə təşəkkürlərini bildiriblər və hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan “Qarabağ” xalçasını Ənvər Dəmirələ təqdim ediblər.
Müəllif: Anar | 6-09-2022, 13:15
Oxunub: 21
    
Reklam