» » Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.

Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.

Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı şəhər 4 saylı tam orta məktəb ərazi partiya təşkilatında sədr müavini : Firəngiz Məmmədyarova
Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən əsas amillərdəndir. Tarixin sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş zəngin dillərindən biridir. Dil xalqın ruhunun təzahürüdür, onun ruhudur. Hər bir xalq öz dili ilə tanınır, sevilir. Ana dilimiz olan Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir. Çünki ana dili xalqın varlığını təsdiq edən başlıca atributdur. Heç də təsadüfi deyilməmişdir ki, dilini itirən xalq məhvə məhkumdur. Şübhəsiz ki, bu gün Azərbaycan dilinin inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu Öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin əsas tərkib hissələrindən olmuşdur. O hər zaman böyük qürur hissi ilə söyləyərdi:
Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. Ulu Öndər eyni zamanda gənc nəsli ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəmnində mənimsəməsini tövsiyyə edərək deyirdi:
Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Fizulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyatı olmayacaq.
Bütün bunlar Ulu Öndərin vətənimizə, xalqımıza, milli ruhumuza bir daha sadiqliyinin və sonsuz sevgisinin bariz nümunəsi idi. Ümummilli Lider Heydər Əliyevin qəlbinin dərinliyindən süzülən bu tarixi kəlamlar eyni zamanda Azərbaycan dövlətçiliyinə, Azərbaycan dilinə sevgisinin, azərbaycançılıq ideologiyasını əbədi yaşatmaq niyyətinin başlıca təzahürü idi. Ulu Öndər Heydər Əliyev beləcə bu sevgi ilə və bu məramla müstəqil Azərbaycan dövlətinin dil siyasətini müəyyənləşdirdi və Azərbaycan dilinin əbədiyaşarlığını təmin etdi.
Həyatını xalqının, vətəninin inkişafı və tərəqqisinə həsr edən xalqımızın böyük oğlu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan mədəniyyətinə, elminə və milli-mənəvi dəyərlərinə xüsusi həssaslıq və qayğıyla yanaşmışdır. Dövlətçiliyimizin milli rəmzlərindən birinin qorunması, xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur.
Qeyd edək ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasının 21 maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmış və bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.
Bu gün isə ana dilimizin qorunması və inkişaf etdirməsi siyasəti ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.Ana dilimizə hər zaman böyük sevgi bəsləyən, dil mədəniyyətinin zənginləşməsinə daim xüsusi diqqət və qayğı göstərən ölkə prezidenti öz çıxışlarında belə qeyd etmişdir: Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir.
Bu baxımdan möhtərəm prezidentimiz cənab İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam xüsusi əhəmiyyət kəsb edən sənədlərdəndir. Bu sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Eyni zamanda 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçirilməsi ilə bağlı qərar bir daha dilçilik siyasətinin mütərəqqi addımlarından olmuşdur. Qeyd edək ki, Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”2001-ci il 9 avqust tarixlli fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
Bu gün böyük inamla demək olar ki, Ulu Öndərin əsasını qoyduğu dil siyasəti, Azərbaycan dilinin inkişafına, genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə böyük sevgi ilə davam etdirilir.
Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.
Müəllif: Anar | 1-08-2022, 15:43
Oxunub: 144
    
Reklam