Qobustanda yarım ildə 31 milyon 480 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub
Qobustan rayonunda cari ilin birinci yarısında 31 milyon 480 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Rayon statistika idarəsindən verilən məlumata görə, aqrar sahədə istehsal olunan məhsulların 30 milyon 5 min manatı və ya 95,5 faizi heyvandarlıq məhsullarıdır.
Qeyd edək ki, kənd təsərrüfatı rayon iqtisadiyyatının aparıcı sahəsidir. Xüsusilə taxılçılıq və heyvandarlıq aqrar sahədə aparıcı yer tutur.
