» » Zərdabda keçirilən hesabat yığıncağında yarım ilin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub

Zərdabda keçirilən hesabat yığıncağında yarım ilin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub

Zərdabda keçirilən hesabat yığıncağında yarım ilin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub

Zərdabda cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda icra başçısının hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb.
Məruzə və çıxışlarda bu ilin altı ayının bir sıra uğurlu nəticələrlə başa çatdığı vurğulanıb. Bildirilib ki, yarım ildə rayon iqtisadiyyatının əsas sahələrində 73 milyon 578,2 min manatlıq məhsul istehsal edilib. İstehsal olunan məhsulun 49 milyon 712,3 min manatı və ya 67,6 faizi iqtisadiyyatın əsas sahəsi olan kənd təsərrüfatının, habelə 6 milyon 934,7 min manatı və ya 9,4 faizi sənayenin payına düşüb. Cari ildə rayonda 18 min 448 hektar sahədən 61 min 780 ton taxıl istehsal olunub. 1350 qutu baramaqurdu toxumundan respublikada ən çox - 58 tondan artıq barama tədarük edilib. Habelə 4068,8 ton kartof, 3324,4 ton tərəvəz, 3015,8 ton bostan məhsulları yığılıb ki, bu göstəricilər ötən ildəkindən çoxdur.

Yarım il heyvandarlar üçün də uğurlu olub. Ət istehsalı 0,5 ton artaraq 2680 tona, süd istehsalı 0,8 ton artaraq 122 min 382 tona çatıb. Yun və yumurta istehsalında da artım olub.

Hesabat yığıncağında əhalinin elektrik enerjisi və təbii qazla təminatı, su təchizatı sahələrində görülən işlər, təhsilin və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər, habelə qarşıda duran vəzifələr geniş müzakirə olunub.
Müəllif: Anar | 30-07-2022, 17:31
Oxunub: 36
    
Reklam