» » Təyin olunan hər bir məmura yüksək etimad göstərilir.

Təyin olunan hər bir məmura yüksək etimad göstərilir.

Təyin olunan hər bir məmura yüksək etimad göstərilir.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov
Məlum olduğu kimi , 25 iyul 2022-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Keçirilmiş qəbulda Dövlət Başçısı olduqca mühüm məsələlərə toxunmuş, şəhid ailələri və qazilərimizə göstərilən qayğını ön palna çəkmiş, mühüm tapşırıq və tövsiyyələrini vermişdir .
Prezident cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələr sadəcə qəbul etdiyi İcra Hakimiyyəti Başçılarına deyil, bütün məmurlara, vəzifəli şəxslərə aid idi. Dövlət başçısı bütün qəbullarda, görüşlərdə çıxışında dəfələrlə qeyd edib ki, “bütün vəzifəli şəxslər xalqın xidmətçisidir”. Hər bir məmur xalqa xidmət etməlidir,vəzifəsini şərəflə yerinə yetirməlidir.
Ölkə başçısı qeyd etdi ki, “İlk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır. Prezidentin tapşırıqlarından biri o oldu ki, İcra Hakimiyyəti Başçıları daim insanlarla təmasda olmalı, bütün kəndlərə getməli, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidir. Rayon daxilində nəyə gücü çatırsa, rayon daxilində həll etməlidir. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlidir. Dövlət başçısı haqlı olaraq bildirdi ki,əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.
Prezident cənab İlham Əliyevin qəbulda toxunduğu məsələlərdən, verdiyi ən vacib tapşırıqlardan biri də Şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqətin göstərilməsi ilə bağlı oldu. Danılmaz faktdır ki, şəhid ailələrinə, qazilərə dövlətimiz xüsusi diqqət göstərir, Onların hər bir problemi qısa zamanda həll edilir. Dövlət başçısı Şəhid ailələri, qazilərin bugünə qədər həll edilən məişət problemlərindən söz açdı və bir daha tapşırdı ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin, daim onların yaşayışı ilə maraqlanılsın, onların məşğulluq məsələri diqqətdə saxlasın.
Dövlət Başçısı təyin olunan hər bir məmura yüksək etimad göstərildiyini qeyd edərək bildirdi ki,”Onlardan tələb olunan vəzifələr isə çox sadədir. Onların rəhbərlik etdiyi sahələrdə vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır. Xüsusilə də şəhər-rayon icra hakimiyyətlərinin rəhbərləri həmin bölgənin əhalisinin qayğılarını öz qayğıları hesab etməlidirlər”.
Prezident İlham Əliyevin qəbulda üstündə durduğu vacib məsələlərdən biri də ölkədə korrupsiya və rüşvətxorluğa qarşı aprılan mübarizə oldu. Bəzi məmurların əyri yola getdiyini , rüşvət və korrupsiyaya bulaşdığını vurğulayan dövlət başçısı bildirdi ki , bu gün həmin məmurlar bunun acısını çəkirlər.
Məlum olduğu kimi, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmiş, bəzilərinin hökmü verilmiş, bəzilərinin işləri məhkəmədədir. Prezidentimizin də bildirdiyi kimi ,bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Belə məmurların məqsədi ölkədə aparılan islahatlara və yüksək inkişafa kölgə salmaqdadırlar.Lakin nə Dövlətimizin başçısı, nə Azərbaycan xalqı heç zaman imkan verməyəcək ki, kimlərsə ölkədə aparılan islahatlara və yüksək inkişafa kölgə salsın.
Müəllif: Anar | 28-07-2022, 12:59
Oxunub: 95
    
Reklam