Ağdaşda yarım ildə əsas kapitala yönəldilən vəsait 60 faiz artıb

Ağdaşda 2022-ci ilin yanvar-iyun aylarında müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 8 milyon 622,5 min manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 234,6 min manat və ya 60 faiz çoxdur.
Rayon statistika idarəsindən bu barədə verilən məlumatda bildirilir ki, yarım ildə əsas kapitala yönəldilən vəsaitlərin 3 milyon 55,4 min manatı və ya 35,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin 31,3 min manatı və ya 1 faizi dövlət, 3 milyon 24,1 min manatı və ya 99 faizi qeyri-dövlət mülkiyyətinin payına düşüb.
