» » Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarına diplomlar təqdim edilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarına diplomlar təqdim edilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarına diplomlar təqdim edilib

İyulun 26-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomların təqdim edilməsi münasibətilə mərasim keçirilib.

Mərkəzdən bildirilib ki, tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, bu təhsil ocağının uğurlarından söz açıb, müxtəlif qurumlarla əməkdaşlıq, həyata keçirilən layihələr barədə məlumat verib, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mərkəzin tədris-istehsalat işləri üzrə direktor müavini Camal Rəsulov 2021-2022-ci tədris ilində mərkəzdə tədrisin gedişatı, görülmüş işlər və tədris ilinin yekununa dair məlumat verib. Diqqətə çatdırılıb ki, bu il 21 ixtisas üzrə 291 tələbə məzun olub.

Tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, tədris ilini uğurla yekunlaşdıran məzunları diplom almaları münasibətilə təbrik edib.

Baş usta Səlim Mehdiyev çıxışında məzunların tədris ili ərzindəki fəaliyyətlərindən danışıb, onlara həyatlarında uğurlar arzulayıb.

Tədrisdə və mərkəzin ictimai həyatında fərqlənən bir qrup məzun fəxri fərmanlarla təltif edilib.
Müəllif: Anar | 28-07-2022, 09:23
Oxunub: 38
    
Reklam