» » Ağsuda yay şumunun çıxarılmasına 100-dək traktor cəlb olunub

Ağsuda yay şumunun çıxarılmasına 100-dək traktor cəlb olunub

Ağsuda yay şumunun çıxarılmasına 100-dək traktor cəlb olunub

Ağsu rayonunda əkinçiliklə məşğul olan fermerlər və fiziki şəxslər mühüm aqrotexniki tədbir olan yay şumunun vaxtında və keyfiyyətlə çıxarılması üçün ciddi səy göstərirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə verilən məlumatda bildirilib ki, cari mövsümdə 34 min hektardan çox sahədə payızlıq əkin gözlənilir. Artıq 17 min 300 hektarda şum çıxarılıb. Bu iş üçün hər gün sahələrə 100-dək traktor çıxarılır. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkiləcək Gəgəli, Ərəbsarvan, Ərəbmehdibəy, Nuran, Kəndoba və bir sıra digər icra nümayəndəliklərində bu mühüm kampaniya daha surətlə, mütəşəkkil davam etdirilir.

Qeyd edək ki, taxılçılıq rayonda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Cari mövsümdə 115 min 540 ton taxıl istehsal olunan bölgədə qarşıdakı payızda əkin sahələrinin artırılacağı gözlənilir.
Müəllif: Anar | 28-07-2022, 09:03
Oxunub: 36
    
Reklam