» » Azərbaycan dilinin himayədarı

Azərbaycan dilinin himayədarı

Azərbaycan dilinin himayədarı
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının əməkdaşı : Çingiz İbrahimov
Hər bir xalqın varlığının ən başlıca göstəricisi, ən böyük milli-mənəvi sərvəti onun ana dilidir. Ümummili liderimiz Heydər Əliyev ana dilimiz haqqında deyirdi: “Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm. Həqiqətən də, bizim ana dilimiz istər qədimliyi, istərsə də zənginliyi, ahəngdarlığı və rəngarəngliyi baxımından dünyanın seçilən dillərindən biri sayılır.”
Məlum olduğu kimi, Azərbaycan dilinin keçdiyi ağır, çətin dövrlərdən biri də SSRİ dövrü idi. Ümummilli liderimiz Heydər Əliyev hələ sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı olduqca əhəmiyyərli işlər görmüşdür. Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Ümummilli lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazılmışdır.
Ulu öndər Heydər Əliyevin xalqın istəyi, arzusu ilə ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi ilə Azərbayan dövləti ağır vəziyyətdən xilas oldu, bütün sahələrdə inkişaf başladı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə Konstitusiyamız qəbul edildi və Konstitutsiyamızda Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Konstitutisiyamıza "Dövlət dili" adlanan ayrıca bir maddə daxil edildi. Eyni zamanda Ümummilli lideri ölkənin dövlət dili ilə bağlı mühüm sənədlərə də imza atmışdır: "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli fərman; ,Azərbaycan Respublikasında Dövlət dili haqqında 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu;, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli fərman. Konstitutsiyamıza "Dövlət dili" adlanan ayrıca bir maddə daxil edilməsi, imzalanan fərmanlar Ümummilli liderimizin Ana Dilimizə verdiyi dəyərin, Ana Dilimizi nə nə qədər sevdiyinin bariz nümunəsi idi.
Bu gün ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ümummilli lidermizin həyata keçirdiyi dil siyasətini də hazırda Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması, dövlət başçımızın 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı”nın təsdiq edilməsi bunun bariz nümunəsidir.
Müəllif: Anar | 27-07-2022, 14:01
Oxunub: 43
    
Reklam