» » Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir.

 Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm vasitədir.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi inkişafında müstəsna xidmətləri olub. Ulu öndər “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.”kəlamı Onun Azərbaycan dilinə sadəcə ünsiyyət vasitəsi kimi deyil, bir xalqın milli sərvəti kimi yanaşdığının göstəricisidir.
Əbədiyaşar dahi şəxsiyyət Heydər Əliyev hələ Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdən başlayaraq davamlı şəkildə həyata keçirdiyi milli dil siyasəti – Azərbaycan dilinin dövlət dili statusunu qazanması və qanunvericilikdə təsbit olunmasına böyük imkanlar yaratdı.Məhz ulu öndərin təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Əlbəttə ki , bu böyük uğur, tarixi nailiyyət idi. Təbii ki, bu tarixi nailiyyət o zaman ümummilli liderin xalqımız, Vətənimiz, dövlətimiz qarşısında ən böyük xidmətlərindən biri olmuşdur.
Ümummilli lider Heydər Əliyev 1993- cü ildə xalqın istəyi, arzusu və təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da Dil siyasəti ulu öndər üçün prioritet məsələ olub. Müstəqillik dövründə imzaladığı 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı, 4 iyul 2001-ci il tarixli "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" Sərəncamı, 9 avqust 2001-ci il tarixli "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Sərəncamılarla mükəmməl dil quruculuğu konsepsiyasının əbədi bünövrəsini qoydu.
Ulu öndər Azərbaycan dili haqqında deyirdi “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir.İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”.
Bu gün prezidentimiz cənab İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Ana dili siyasətini də uğurla davam etdirir. Dövlət Başçımız müasir dövrdə Ana dilimizə böyük diqqətlə yanaşır. Sözsüz ki, 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamı Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir
Müəllif: Anar | 26-07-2022, 14:14
Oxunub: 53
    
Reklam