» » Taxtakörpü-Ceyranbatan kanalında batan gəncin meyiti tapılıb

Taxtakörpü-Ceyranbatan kanalında batan gəncin meyiti tapılıb

Taxtakörpü-Ceyranbatan kanalında batan gəncin meyiti tapılıb

Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində batması ehtimal olunan 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, F.Əliyevin meyiti Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan su anbarında aşkarlanıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan kanalının Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Əliyev Fikrət Məhərrəm oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Müəllif: Anar | 24-07-2022, 14:52
Oxunub: 35
    
Reklam