» » İlham Əliyevin siyasəti ölkəmizin davamlı inkişafını təmin edir

İlham Əliyevin siyasəti ölkəmizin davamlı inkişafını təmin edir

İlham Əliyevin siyasəti ölkəmizin davamlı inkişafını təmin edir

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının əməkdaşı : Çingiz İbrahimov


İyulun 15-də ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edən dövlət başçısı olduqca önəmli məsələlərə toxunmuş, cari ilin altı ayında görülmuş işlərdən, aparılmış islahatlardan danışmış, qarşıda duran vəzifələr barədə tapşırıq və tövsiyyələrini vermiş, Ermənistana cox ciddi mesajlar göndərmişdir.
Cənab İlham Əliyev müşavirənin əvvəlind ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan bəhs etdi. Reallıqdır ki, bu gün Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Qalib ölkə olaraq Azərbaycanla əməkdaşlıq etməyə can atan ölkələrin sayı artmaqdadır. Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslər və təkliflər dünya dövlətləri tərəfindən dəstəklənir və alqışla qarşılanır. Artıq ölkəmiz söz eşidən deyil, sözü eşidilən ölkəyə çevrilib. Bütün bunlar təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bugün dövrün tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən möhtəşəm siyasətin nəticəsidir.
Vətən müharibəsindən 1 il 8 ay keçməsinə baxmayaraq Ermənistan rəhbərliyi 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit edilən məsələlərin icrasından boyun qaçırır, üzərinə götürdüyü öhtəlikləri yerinə yetirmək istəmir. Prezident İlham Əliyev bu müşavirədə bir daha Ermənistanın və onun havadarlarına mesaj göndərdi ki, 10 noyabr Bəyanatı Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Dövlət başçısı onu da qeyd etdi ki, Azərbaycan qalib ölkədir və öz ərazi bütövlüyünü bərpa edib. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək.
Prezidentimizin də qeyd etdiyi kimi, son zamanlar gah Ermənistanın baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Məlum olduğu kimi Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmayacaq. Dövlət başçımız bu məsələyə toxunaraq bildirdi ki, mən müharibədən sonra status hara gedib və statusa nə olub demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq.
Ordu quruculuğu sayəsində görülən işlərə toxunan dövlət başçımız bu sahənin hər zaman diqqətdə saxlanıldığını vurğulayaraq, büdcəyə əlavələr edildiyini, hərbi xərclərin əhəmiyyətli dərəcədə artrıldığını diqqətə çatdırdı. Ən müasir hərbi texnika və silahların ordumuzun arsenalına daxil olacağını bildirən Prezidentimiz müharibə, işğal və təhlükəni dövlət olaraq yaxşı bildiyimizi və eyni zamanda, hər an hüququmuzu təmin etməyə hazır olmağımızın zəruriliyini vurğuladı.
Müşavirədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də hərbçilərin sosial müdafiəsi və müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər oldu.
Ümumiyyətlə, hərbçilərin sosial müdafiəsi məsələləri dövlətimizin daim diqqət mərkəzindədir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, bir sözlə, lazimi infrastruktur yaradılır. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir-dördüncü nəsil protezlərlə təmin olunublar. Postmüharibə dövründə bir çox şəhid ailələrinə və qazilərimizə dövlət tərəfindən mənzilər verilib.
Prezident cənab İlham Əliyev müşavirədə Qarabağda gedən işlər haqqında geniş məlumat verdi. Dövlət başçımız bütün işlərin plan üzrə getdiyini, infrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlandığını, Ağalı kəndinin istifadəyə verilidiyini, beş şəhərin Baş planının təsdiq edildiyini, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edildiyini vurğuladı və qarşıdakı görüləcək işlər haqqında məlumat verdi.
Beləliklə iyulun 15-də cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə ölkəmizin bütün sahələrdə qazandığı uğurlara bir daha nəzər salındı, şanlı Zəfərimizdən sonra görülən və görüləcək işlərdən bəhs edildi.
Müəllif: Anar | 21-07-2022, 11:31
Oxunub: 71
    
Reklam