» » Müşavirə ilk növbədə, dövlətçiliyimiz tarixində böyük yüksəlişin əldə edilməsinin anonsu kimi yadda qaldı

Müşavirə ilk növbədə, dövlətçiliyimiz tarixində böyük yüksəlişin əldə edilməsinin anonsu kimi yadda qaldı

Müşavirə ilk növbədə, dövlətçiliyimiz tarixində böyük yüksəlişin əldə edilməsinin anonsu kimi yadda qaldı

YAP Göyçay rayon təşkilatının şəhər 4 saylı tam orta məktəb ərazi partiya təşkilatında sədr müavini : Firəngiz Məmmədyarova

Xəbər verildiyi kimi, iyul ayının 15-də ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısımızın müşavirədə giriş və yekun nitqində səslənən çağırışlar, qarşıya qoyulan vəzifələr ümumilikdə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə, beynəlxalq münasibətlər sitemində yerinin və rolunun möhkəmlənməsinə xidmət edir. Cari ilin 6 ayının sosial-iqtisadi göstəriciləri 2022-ci ildə uğurla başa vuracağımıza böyük əminlik yaradır.
Müşavirədə cənab prezident cari ilin əvvəlindən ölkədə qazanılan uğurlar, əldə edilən müsbət nəticələr, Azərbaycanın dünyada nüfuzunun daha da artması və digər məsələlər barədə geniş və əhatəli şəkildə bəhs etmişdir.
Dövlət başçımızın düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin malik olduğu böyük iqtisadi potensialından xəbər verir. Təbii ki, həyata keçirilən bütün bu tədbirlər Azərbaycanın daxili imkanları hesabına reallaşdırılır, məqsəd isə bütün hədəflərə çatmağa hesablanmışdır.
Müşavirə ilk növbədə, dövlətçiliyimiz tarixində böyük yüksəlişin əldə edilməsinin anonsu kimi yadda qaldı. Azərbaycanın xarici siyasətində əldə olunan ugurlarından bəhs edən ölkə prezidenti bu nailiyyətlərin əsasında ölkəmizin bir çox beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığını xüsusi diqqətə çəkdi. Həqiqətən də son illər ərzində, xüsusilə də Azərbaycan Vətən müharibəsinin möhtəşəm nəticəsi olaraq özünün ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. İlk növbədə, Azərbaycanın Qoşulmama Hərakatındakı uğurları göz önündədir. Ölkəmizin bu təşkilatın intitusional inkişafına verdiyi böyük töhfələr, öz sözünə sadiq qalan ölkə olaraq beynəlxalq arenada oynadığı rol, hər zaman nümayiş etdirdiyi həmrəylik və ehtiyac içərisində olan ölkələrə göstərdiyi hərtərəfli dəstək və digər istiqamətlərdə praqmatik addımlar ona səbəb oldu ki, ölkəmizin bu mötəbər quruma sədrliyi üzv ölkələrin yekdil qərarı ilə 2023-cü ilin sonuna qədər uzadıldı.
Bundan başqa, hazırda biz Avropa İttifaqı- Azərbaycan əlaqələrinin sürətlə inkişaf etdiyini müşahidə edirik və ötən gün enerji təhlükəsizliyi ilə bağlı imzalanmış sənəd bu əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırdı.Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəaliyyət göstərir və Türk dövlətləri ilə əlaqələrin inkişafı xarici siyasətin prioritet istiqamətlərindən biridir. Digər tərəfdən qonşu ölkələrlə mehriban qonşuluq və dostluq münasibətlərinin həyata keçirilməsi bu proseslərin davamıdır. Bu baxımdan Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün son dərəcə əlverişli zəmin yaradır. Lakin ölkəmiz bu gün təkcə regional aktor statusu daşımır, eyni zamanda birbaşa dünyada gedən proseslərə təsir imkanını getdikcə gücləndirir. O cümlədən son vaxtlar ABŞ-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində
önəmli addımlar atılmışdır. Əlbəttə ki, bu əlaqələrin ölkəmiz üçün böyük önəmi vardır.
Cənab prezidentin müşavirədə toxunduğu mühüm məqamlardan olan ABŞ və Avropa ilə münasibətlərin hazırki durumu və perspektivləri ilə bağlı səsləndirdiyi fikirləri respublikamızın bu beynəlxalq güclər üçün əhəmiyyətini tam şəkildə ortaya qoydu. Bu münasibətlər kontekstində Ermənistanın yeri və münaqişənin sülh sazişi ilə bitməsində ABŞ və Avropanın mövqeyi xüsusilə diqqətçəkən məqamlardan idi. Bu baxımdan dövlət başçımızın müşavirədə çıxışı zamanı xarici siyasət kursu ilə bağlı səsləndirdiyi bir çox mesajlar eyni zamanda ölkəmizin geopolitik mövqeyinin gücləndiyini, regionun lider dövəti olan Azərbaycanın beynəlxalq münasibətlərin mühüm oyunçularından birinə çevrildiyini təsdiqlədi. Azərbaycan liderinin rəsmi İrəvanın hər hansı bir destruktiv mövqeyinə qarşı sərt təpki göstəriləcəyini qətiyyətlə bildirməsi dövlətimizin haqlı mövqeyinin dünya tərəfindən qəbul edildiyinin bariz nümunəsi kimi diqqət çəkdi. Eyni zamanda ölkə rəhbərinin müşavirədə Ermənistanın Azərbaycanın beş şərti ilə razılaşmasını və sülh sazişinin imzalanmasının mümkünlüyünü elan etməsi çox mühüm bir hadisə idi. Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq müstəvidə mövqeyi və Ermənistanla münasibətlər haqda fikirlərinin nəticəsi olaraq bu gün Azərbaycan bütün sahələrdə düşməni üstələyən, özünəməxsus mövqe nümayiş etdirir. Şübhəsiz ki, aparılan islahatlar nəticəsində respublikamızın azad iqtisadi ölkə olması, mövcud əlverişli biznes mühiti və nəhəng layihələrin məhz burada reallaşması xarici sərmayədarlarda Azərbaycana qarşı böyük maraq yaradıb. Bundan başqa, Azərbaycan xarici şirkətlərlə imzaladığı kontraktlarda, layihələrdə bütün öhdəlikləri uğurla yerinə yetirdiyi üçün hazırda beynəlxalq aləmdə ən ehtibarlı tərəfdaş kimi tanınır. Şübhəsiz ki, nəhəng özəl qurumların Azərbaycanla əməkdaşlıq istəyi respubkamızda yaradılan siyasi sabitlik, Vətən müharibəsində əldə edilən qələbə və investorlar üçün digər əlverişli şəraitin ölkəmizdə mövcudluğudur.
Müşavirədə eyni zamanda ordu quruculuğu sayəsində görülən işlərə toxunan ölkə rəhbəri bu sahənin hər zaman diqqətdə saxlanıldığını vurğulayaraq, büdcəyə əlavələr edildiyini, hərbi xərclərin əhəmiyyətli dərəcədə artrıldığını diqqətə çatdırdı. Ən müasir hərbi texnika və silahların ordumuzun arsenalına daxil olacağını bildirən ölkə başçısı müharibə, işğal və təhlükəni dövlət olaraq yaxşı bildiyimizi və eyni zamanda, hər an hüququmuzu təmin etməyə hazır olmağımızın zəruriliyini vurğuladı. Beləliklə müşavirədə cənab prezidentin xarici siyasət və sülh prosesi ilə bağlı səsləndirdiyi mesajlar hərb meydanında öz ərazi bütövlüyünü bərpa edən dövlətimizin qlobal arenada da qalib mövqedə olmasının təsdiqi idi.
Müşavirədə prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də hərbiçilərin sosial müdafiəsi və müharibədə qəhrəmanlıq göstərmiş hərbiçilərin sosial problemlərini daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər oldu.
Ümumiyyətlə,hərbiçilər sosial müdafiəsi məsələləri dövlətimizin daim diqqət mərkəzindədir. Qüsursuz xidmət edən hərbiçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, bir sözlə, lazimi infrastruktur yaradılır. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbiçilər artıq ən müasir-dördüncü nəsil protezlərlə təmin olunublar. Postmüharibə dövründə bir çox şəhid ailələrinə və qazilərimizə dövlət tərəfindən mənzilər verilib.
Beləliklə, prezident İlham Əliyevin sədrliyi ilə cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə səsləndirilən fikirlərə, eyni zamanda ayrı-ayrı sahələrin inkişafında qazanılan uğurlara əsaslanaraq əminliklə deyə bilərik ki, ölkəmiz böyük uğurlara imza atıb. Cənab prezidentin qeyd etdiyi kimi, məqsədimiz müstəqilliyimizin əbədi və dönməz xarakter alması, Azərbaycanın dünya birliyində öz yeri və rolunu daha da möhkəmləndirməsidir.
Müəllif: Anar | 21-07-2022, 11:29
Oxunub: 296
    
Reklam