» » Ağdaşda yay şumunun çıxarılmasına hər gün 60-dan çox traktor cəlb olunur

Ağdaşda yay şumunun çıxarılmasına hər gün 60-dan çox traktor cəlb olunur

Ağdaşda yay şumunun çıxarılmasına hər gün 60-dan çox traktor cəlb olunur

Ağdaşın əkinçiliklə məşğul olan fermerləri və fiziki şəxsləri hazırda yay qayğılarını yaşayırlar. Bu günlər bütün ərazi dairələrində payızlıq əkinlər üçün yay şumu çıxarılır ki, bu da gələn ilin bol məhsulu üçün xüsusi önəm kəsb edən aqrotexniki tədbirdir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, qarşıdakı payızda 16 min hektardan çox sahədə payızlıq bitkilər, əsasən də taxıl əkiləcəyi gözlənilir. Yay şumunun məhsuldarlıqda mühüm əhəmiyyətini nəzərə alan fermerlər və fiziki şəxslər bütün qüvvələrini bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılmasına səfərbər ediblər. Hazırda hər gün sahələrə 60-dan çox şum traktoru çıxarılır. Artıq 5488 hektar sahədə şum qaldırılıb.

Rayonun bütün ərazilərində, xüsusilə Ərəbocağı, Pirkəkə, Korarx, Yuxarı Ləki və bir sıra digər ərazi dairələrində yay şumunun çıxarılması daha mütəşəkkil davam etdirilir.
Müəllif: Anar | 20-07-2022, 07:48
Oxunub: 47
    
Reklam