» » Kürdəmirdə su nasosu stansiyalarının fəaliyyətinə baxış keçirilib

Kürdəmirdə su nasosu stansiyalarının fəaliyyətinə baxış keçirilib

Kürdəmirdə su nasosu stansiyalarının fəaliyyətinə baxış keçirilib

Kürdəmirdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Kürqırağı kəndlərdə təsərrüfat sahələrini suvarma suyu ilə təmin edən su nasos stansiyalarının vəziyyəti ilə əlaqədar monitorinq keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimovun iştirak etdiyi mütəxəssislərdən ibarət monitorinq qrupu Axtaçı və Ərəbxana kəndlərində su nasos stansiyalarını elektrik enerjisi ilə təmin edən elektrik təsərrüfatının və suvarma suyunu təsərrüfatlara çatdıran kanalların fəaliyyətinə hərtərəfli baxış keçirib. Baxış zamanı rayon Suvarma Sistemləri İdarəsinin və Kürdəmir Elektrik Şəbəkəsinin mütəxəssisləri tərəfindən stansiyada zəruri texniki işlər görülüb.

İcra başçısı Elxan İbrahimov mütəxəssislərlə söhbət edib, isti yay günlərində, suvarma suyuna olan tələbatın xüsusilə çox olduğu bir vaxtda nasos stansiyalarının qüsursuz işinin təmin olunması ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Müəllif: Anar | 18-07-2022, 09:52
Oxunub: 42
    
Reklam