» » İsti hava şəraiti gələn həftə də davam edəcək

İsti hava şəraiti gələn həftə də davam edəcək

İsti hava şəraiti gələn həftə də davam edəcək

Gələn həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Havanın maksimal temperaturu həftənin birinci yarısında aran rayonlarında 38-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°, Bakıda və Abşeron yarımadasında isə 33-38° isti olacaq.
Həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.
Müəllif: Anar | 17-07-2022, 12:39
Oxunub: 51
    
Reklam