» » Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Bərdə rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 3,1 milyon (üç milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Müəllif: Anar | 8-07-2022, 14:51
Oxunub: 25
    
Reklam