» » Bakı konfransı təşkilatın inkişafına növbəti töhfəsi kimi tarixə düşdü.

Bakı konfransı təşkilatın inkişafına növbəti töhfəsi kimi tarixə düşdü.

 Bakı konfransı təşkilatın inkişafına növbəti töhfəsi kimi tarixə düşdü.

YAP Göyçay rayon təşkilatının fəalı Gülşən Muradova
Azərbaycan növbəti tarixi bir həmrəylik təşəbbüsünə şahidlik edib. Belə ki, 120 ölkəni özündə birləşdirərək BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən dövlətimizin təşəbbüsü ilə Hərəkata üzv dövlətlərin Parlament Şəbəkəsinin Bakı konfransı keçirildi.
Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları müəyyənləşdirildi.
Konfransda təşkilatın rəsmi loqosu və bayrağı təsdiqləndi .
Daha sonra Bakı Bəyannaməsi qəbul olundu, Azərbaycan parlamentinin sədri Şəbəkənin qarşıdakı 3 il üçün sədri seçildi.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması Prezident İlham Əliyevə və ölkəmizə olan böyük bir hörmət, o cümlədən keçən müddət ərzində ölkəmiz tərəfindən görülən işlərin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin konfransın açılışı zamanı dolğun və məzmunlu çıxışı bir daha Azərbaycanın beynəlxalq əməkdaşlığın təşviqi və gücləndirilməsi, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, eyni zamanda, təsisatın institusional inkişafına və onun müəyyən dərəcədə təşkilata çevrilməsinə verdiyi töhfələrin əyani sübutudur.
“Bütün dünyanın COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi koronavirusa qarşı mübarizədə qlobal həmrəyliyin təmin olunması üçün cəsarətli təşəbbüslər irəli sürdü və Dünya Səhiyyə Təşkilatının moderatorluğu altında bütün dövlətlərin əməkdaşlığa cəlb olunmasına nail oldu. Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizə ilə bağlı BMT-nin xüsusi sessiyası çağırıldı, məhz Azərbaycan Prezidentinin çıxışlarında Avropada təzahür edən “peyvənd millətçiliyi” açıq-aşkar tənqid olundu və dünyanın inkişaf etmiş ölkələrinin üzərində digər ölkələrə dəstək vermək məsuliyyətinin olması rəsmən təsbit edildi. Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürdü və həmin qətnamə yekdilliklə qəbul olundu.
Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın apardığı obyektiv siyasətin bir daha dünyaya açılışı oldu.
Bütün dövlətlərin pandemiya ilə mübarizədə öz xalqlarını xilas etmək üçün çalışdığı bir vaxtda Ermənistan növbəti dəfə yeni torpaqlar işğal etmək məqsədilə qoşunların təmas xətti boyunca hücuma keçdi. Vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq Azərbaycan bu təcavüzün də qarşısını uğurla aldı və cəmi 44 gün ərzində düşməni bütün işğal olunmuş ərazilərimizdən qovub çıxardı. Ermənistanın təcavüzkar siyasəti Qoşulmama Hərəkatı çərçivəsində də müzakirə olundu və bütün üzv dövlətlər tərəfindən yekdilliklə qınanıldı.
Qoşulmama Hərəkatının üzvləri olan dövlətlər Vətən müharibəsinin ən qızğın çağında BMT-də Azərbaycana qarşı qərəzli Qətnamə qəbul olunması üçün göstərilən cəhdlərə qarşı çıxdılar.
Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi kimi isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar
Qlobal qütbləşmənin, müharibə və münaqişələrin, proqnozlaşdırıla bilinməyən vəziyyətlərin, ərzaq, enerji və humanitar böhranların baş verməsi isə haqqında danışılan platformanın vacibliyini ciddi şəkildə aktuallaşdırır. Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər.
Müəllif: Anar | 6-07-2022, 13:52
Oxunub: 35
    
Reklam