» » Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir.

Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir.

Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir.

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının fəalı : Zivər Zeynalova

İyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı da bu baxımdan tarixi hadisə idi. Tədbirdə Azərbaycan Prezidentinin nitqi tarixi şəraitdə önəmli çıxış kimi dinlənildi.
Dövlət başçısı bildirib:
"Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir".
"Qeyd etməyə şadam ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır", - Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki;Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri 1992-ci ildən etibarən keçirilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Xəzərin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasında Azərbaycan diplomatiyasının rolu danılmazdır. Bu baxımdan 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Məhz həmin Zirvə toplantısında qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət göstərdi. Bu, eyni zamanda, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir".
Dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsində müxtəlif məzmunlu, mahiyyətli beynəlxalq tədbirlərin də əhəmiyyəti böyükdür. Belə tədbirlər iştirakçı dövlətlərin hər birinin istər siyasi, istərsə də iqtisadi mənafeyini ifadə edir. Digər tərəfdən belə tədbirlər qarşılıqlı etimada əsaslanır.
Prezident İlham Əliyevin Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında tarixi çıxışı da bəşəriliyin yaşadılması zərurətini ifadə edir. Bu çıxış təkcə Azərbaycanın, Xəzəryanı dövlətlərin deyil, ümumən dünya dövlətlərinin sabahlarına siyasi havadarlığın çıxışıdır. Dövlətimizin başçısının çıxışda qeyd olunan amillər tarixi, siyasi-iqtisadi bir mərhələnin amilləridir.
Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amili kimi şərh olunub.
Xəzər dənizi buradan istifadə edən dövlətlərin iqtisadiyyatında mühüm rol oynayır, həmçinin onların ümumi dənizidir. Bu xüsusiyyət də həmin dövlətlərin rifahının, iqtisadi qüdrətinin yüksəlməsini təmin edən amillərdəndir.
Azərbaycan olduqca həssas, gərəkli bir geosiyasi regionda yerləşir. Bu amil həmişə diqqəti çəkib. İndi də diqqət mərkəzindədir. İstər dünya dövlətləri, istərsə də Xəzəryanı dövlətlər bu amilə kifayət qədər incəliklə yanaşırlar. Dünyanın müxtəlif istiqamətlərində yerləşən dövlətlərlə iqtisadi, ticari əlaqələrin bir hissəsi Xəzər dənizi vasitəsi ilə həyata keçirilir və marşrut Azərbaycanın ərazisindən keçir. Yəni Azərbaycan böyük iqtisadi, ticari əlaqələr şəbəkəsində kifayət qədər yeri olan dövlətdir.
Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir. Buna görə də Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir və inanıram ki, tezliklə görülən işlər bəhrəsini verəcək.
Müəllif: Anar | 5-07-2022, 16:36
Oxunub: 54
    
Reklam