» » Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir

Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir

Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir

15 iyun Azərbaycanın siyasi təqvimində çox mühüm əhəmiyyət kəsb edən bir gündür. Belə ki, bu günkü uğurlarımiz, əldə olunan nailiyyətlər,yaşanılan sevincli günlər məhz Qurtuluş tariximizin təntənəsidir.
Azərbaycan öz müstəqilliyini əldə etdiyi bir zamanda o dövrkü hakimiyyətin səriştəsizliyindən zorla düçar olduğumuz müharibədəki uğursuzluqlarımız, torpaqlarımızın işğalı,daxildə kürsü davası, vətəndaş müharibəsi təhlükəsi, bəzi xarici qüvvələrin havadarlığı ilə daxildə parçalanma təhlükəsi Azərbaycanı sanki siyasi xəritədən silinmək təhlükəsi ilə üz – üzə qoymuşdur. Belə çətin anlarda xalqımızın bir yolu vardı.Ulu öndərimiz Heydər Əliyevi Bakıya dəvət etmək və xalqı bu bəladan qurtarmaq .Məhz Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya gəlməsi, Azərbaycan ağırlıqlarını öz çiyinlərinə götürməsi Azərbaycanı mövcud təhlükədən xilas etdi. İyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.Beləliklə 15 iyun tariximizə Qurtuluş günü kimi yazıldı. Həqiqətən də 15 iyun 1993-cü il tarixi Azərbaycanın xilas,qurtuluş tarixidir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siya¬si, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı.
Bu gün Ulu öndərin siyasi kursu Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz sürətlə inkşaf edir ,böyük nailiyyətlər, Zəfərlər əldə edir.
Məlum olduğu kimi, 27 sentyabr 2020-ci ildə səhər saatlarında Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşması ilə II Qarabağ müharibəsi başlanmışdır.Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazanmışdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünün, qüdrətinin ən yüksək zirvəsi olaraq şanlı tariximizə yazıldı!
Əbədiyaşar liderimiz Heydər Əliyev söylədiyi kimi: Bizim ən böyük vəzifəmiz Azərbaycanda dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir. Hər bir vətəndaş bunu qiymətləndirərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün öz töhfəsini verməlidir.
Fəxr və qürurla deyə bilərik ki,bu gün Azərbaycan Dövləti prezident cənab İlham Əliyevin rəhbərliyi ilə heç zaman olmadığı qədər güclüdür və müstəqil, azad, qalib Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov
Müəllif: Anar | 12-06-2022, 09:09
Oxunub: 97
    
Reklam