» » Həyətində narkotik plantasiyası salan şəxs tutulub

Həyətində narkotik plantasiyası salan şəxs tutulub

Həyətində narkotik plantasiyası salan şəxs tutulub

Göyçay Rayon Polis Şöbəsinə rayonun Ləkiçıplaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin becərilməsi barədə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan şəxsin əvvəllər də törətdiyi ağır cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Ürfan Osmanov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsindən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 10 kiloqrama yaxın olan 166 ədəd çətənə kolu aşkarlanıb. Ü.Osmanov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini etiraf edib. Məqsədinin isə həm öz istifadəsi, həm də satmaq olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Həyətində narkotik plantasiyası salan şəxs tutulub
Müəllif: Anar | 30-05-2022, 14:40
Oxunub: 69
    
Reklam