» » Ağsuda sel suları iki kəndə gedən yolda avtomobillərin hərəkətinə təhlükə yaradıb

Ağsuda sel suları iki kəndə gedən yolda avtomobillərin hərəkətinə təhlükə yaradıb

Leysan yağışları nəticəsində Ağsuçaya gələn sel fəsadlar törədib.

Sel suları rayonun Maşadqanlı və Curuğlu kəndlərinə gedən yolun sağ yatağını yuyub. Nəticədə həmin ərazidə nəqliyyat vasitələrinin kəndlərə gediş-gəlişi dayandırılıb. Əraziyə Ağsu rayon Suvarma Sistemləri İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Yaranmış təhlükə ilə bağlı rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, eləcə də digər rayon rəsmiləri hadisə yerinə gəliblər. Vəziyyət təhlil olunub, əlaqədar şəxslərə tapşırıqlar verilib. Yolun bərpa olunması istiqamətində işlər davam etdirilir.
Müəllif: Anar | 11-05-2022, 18:17
Oxunub: 14
    
Reklam