» » Mingəçevir - Tanrıqulular avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayrıldı - SƏRƏNCAM

Mingəçevir - Tanrıqulular avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayrıldı - SƏRƏNCAM

Mingəçevir - Tanrıqulular avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 km)–Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 km)–Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Müəllif: Anar | 7-05-2022, 16:22
Oxunub: 51
    
Reklam