» » Yevlaxda keçmiş məhkum qonşusunun evini yandırdı

Yevlaxda keçmiş məhkum qonşusunun evini yandırdı

Yevlaxda keçmiş məhkum qonşusunun evini yandırdı

Yevlax rayonunda keçmiş məhkum qonşusunun evini yandırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə,Yevlax rayonunun Salahlı kəndində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsi baş verməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar Yevlax RPŞ-nin əməkdaşları hadisə yerində olub, yanğın olan əraziyə baxış keçirib. Fərdi yaşayış evinin qəsdən yandırılmasına dair şübhələr yarandığından polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Aqil Nəsibov saxlanılıb.

Hazırda faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və A.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müəllif: Anar | 16-02-2022, 16:00
Oxunub: 88
    
Reklam