» » Şirvanda Gənclər Günü tədbiri keçirildi

Şirvanda Gənclər Günü tədbiri keçirildi

Şirvanda Gənclər Günü tədbiri keçirildi

2 fevral Gənclər Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Qalib ölkənin gəncləri” adlı ümumşəhər tədbiri keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Gənclər və İdman İdarəsinin, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin rəhbərləri, şəhər gəncləri öncə şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Dövlət Gənclər siyasətinin banisi olan Ümummilli liderin xatirəsini ehtiramla yad edərək ruhuna dualar oxuyublar.

Sonra Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov Gənclər Evinə gələrək Şirvan şəhər Gənclər və İdman idarəsinin, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsin kollektivi ilə görüşüb, onların fəaliyyəti ilə, gənclər üçün yaradılmış şəraitlə yaxından tanış olub. İcra Hakimiyyətinin başçısına “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində fəaliyyət göstərən dərnəklər, klublar, xidmətlər barədə ətraflı məlumat verilib. Azərbaycan gəncliyinin qəhrəmanlıq salnaməsinin müxtəlif məqamlarını özündə əks etdirən “Vətənpərvərlik klubu”nda yaradılmış “Azərbaycanın Milli Qəhrəmanları”, “Rəşadətli Azərbaycan Ordusu”, “Böyük Zəfərin başlanğıcı-Aprel döyüşləri qəhrəmanları”, “Şirvan şəhərinin Vətən müharibəsi şəhidləri” guşələri tədbir iştirakçıları tərəfindən maraqla izlənilib. Xüsusilə Müzəffər Ali Baş Komandanın işğalda olan rayon və kəndlərin azad edilməsi ilə bağlı müjdəli xəbərlərinin, Şanlı Azərbaycan Ordusunun düşməni məhv edən həmlələrinin əks olunduğu “Vətən müharibəsi 44 gün” guşəsi izləyənlərdə yenidən qürur və fəxarət hissini alovlandırıb.

Şəhər gənclərinin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olduqdan sonra tədbir dəyirmi masa ətrafında davam edib. “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Əfqan Həsənov tədbiri giriş sözü ilə açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkə gənclərinin mənəvi babası Ulu öndər Heydər Əliyevin və vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Gənclər Günü münasibətilə Şirvan gənclərini təbrik edib, onlara sağlam gələcək, firavan həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Müstəqil Azərbaycan gəncliyinin keçdiyi tarixi inkişaf yolundan bəhs edərək, Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən ölkə gənclərinə göstərilən diqqət və qayğıdan danışıb. Bu sahədə qəbul edilən fərman və sərəncamların, dövlət proqramlarının əhəmiyyətini vurğulayıb. Bu il Gənclər Gününün təsis edilməsinin 25-ci ildönümü münasibətilə respublikamızın bütün bölgələrində silsilə tədbirlər keçirildiyini qeyd edib. Ölkə gənclərinin vətənpərvərliyindən, şücaətindən, mərdliyindən söz açaraq, Müzəffər Ali Baş Komandanın “44 günlük müharibədə bütün nəsillərin nümayəndələri iştirak etdilər, amma əsas mənim prezidentlik dövrümdə yetişən gənclər böyük fədakarlıqlar nümayiş etdirdilər” fikrini diqqətə çatdırıb. Vətən müharibəsində, şəhidlərin dəfn mərasimlərində və Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların həssas münasibət və qayğı ilə əhatə olunmasında Şirvan gənclərinin fəal iştirakını yüksək qiymətləndirən İlqar Abbasov bir daha onlara təşəkkürün bildirib. Qeyd edib ki, gənclərin bu günki fəaliyyəti qənaətbəxşdir və milli ruha, sağlam əqidəyə, intellektual dünyagörüşə malik gənclərimiz dövlətimizin sabahına daha inamla baxmağa əsas verir.

Tədbir diskussiya şəraitində davam edib. Gənclər Şirvan şəhərinin inkişafı, gələcəyi, qayğıları barəsində öz fikirlərini bildiriblər. Şirvan şəhərinin zahiri görkəminin gözəlləşməsinə, Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət Parkının genişlənməsi və yenidən qurulmasına, Şəhidlıər Xiyabanında aparılan genişmiqyaslı abadlıq-bərpa işlərinə, abad məhəllərin yaradılmasına, mərkəzi və məhəllədaxili yolların asfaltlanmasına, işıqlandırılmasına görə Ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin ictimai həyatında fəal iştirak edən bir qrup gənci fəxri fərmanla təltif etdikdən sonra onlarla xatirə şəkli çəkdirib.

Tədbirin sonunda şəhər İcra Hakimiyyətinin başçısı gənclərlə birlikdə “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin həyətyanı sahəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə salınmış yaşıllıq sahəsi ilə tanış olub.
Müəllif: Anar | 3-02-2022, 05:31
Oxunub: 91
    
Reklam