» » Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib

Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib

Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib

Media Təhlil Mərkəzi (МТМ) məişət tullantılarının yığılması və daşınması ilə bağlı Azərbaycan vətəndaşlarının fikirlərini öyrənmək məqsədilə 6 -10 yanvar tarixlərində növbəti sorğu keçirib.

Sorğuda iştirak edən vətəndaşların 11 faizi yaşadıqları yerdəki ekoloji vəziyyəti "müsbət" qiymətləndirib. Respondentlərin 56 faizi bu duruma "orta", 33 faizi isə "mənfi" rəy verib.
"Fikrinizcə, ölkədə ekoloji vəziyyətin yaxşılaşmasına nə mane olur?" sualına vətəndaşların böyük əsəriyyəti "insanların məsuliyyətsizliyi" deyə cavab verib. Digər səbəb kimi isə "ətraf mühit vəziyyətinə kifayət qədər nəzarətin olmaması" göstərilib. Tullantıların toplanması və təkrar emalı sisteminin köhnə olmasını hesab edənlər də var. Həmçinin, iqlim dəyişikliyinin də ətraf mühitə mane olduğu qeyd edilib.
Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib
Media Təhlil Mərkəzi Azərbaycanda ekoloji vəziyyətlə bağlı sorğu keçirib

Qeyd edək ki, sorğuda iştirak edən 531 respondentin 43%-ni qadınlar, 57%-ni kişilər təşkil edib. Səs verənlərin 41 faizi Bakını, 59 faizi isə digər bölgələri əhatə edib.
Müəllif: Anar | 18-01-2022, 16:31
Oxunub: 78
    
Reklam