» » Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Göyçay rayonunda olub

Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Göyçay rayonunda olub

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi respublikamızda fəaliyyət göstərən digər uşaq musiqi və incəsənət məktəbləri ilə sıx əlaqələr yaradılması istiqamətində öz ənənəsini davam etdirməkdədir.

İdarədən bildirilib ki, adıçəkilən məktəbin kollektivi, regionlararası qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində musiqi təhsili sahəsinə diqqət və qayğının artırılması, onun inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə Ağdaş Regional Mədəniyyət İdarəsinin dəvəti ilə Göyçay şəhər A.Məmmədov adına uşaq musiqi məktəbinin qonağı olub.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova qonaqları salamlayaraq, belə əlaqələrin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib. Göyçay şəhər A.Məmmədov adına uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov və Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov çıxışlarında bu əlaqələrin davamlı, həmçinin uzunömürlü olacağına əmin olduqlarını bildiriblər.

Sonra hər iki məktəbin müəllim və şagirdlərinin ifasında klassik musiqilər, bəstəkar və xalq mahnıları, muğamlardan ibarət maraqlı konsert proqramı təqdim olunub.

Konsert hər iki məktəbin direktorlarının birgə ifası ilə səslənən musiqi nömrəsi ilə yekunlaşıb.
Müəllif: Anar | 19-12-2021, 20:28
Oxunub: 131
    
Reklam