» » Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da mina problemini qaldırıb - Hikmət Hacıyev

Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da mina problemini qaldırıb - Hikmət Hacıyev

Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da mina problemini qaldırıb - Hikmət Hacıyev

Ermənistanın əraziləri kütləvi şəkildə minalamasında məqsəd Azərbaycanın apardığı quruculuq işlərini və keçmiş məcburi köçkünlərin həmin ərazilərə qayıdışını maksimum ləngitmək olub.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da minalarla bağlı problemi qaldırıb.

"Bir daha beynəlxalq ictimaiyyətə müraciət edirik ki, bu məsələdə məlumatlandırma arıtırılmalıdır, Azərbaycanın minatəmizləmə işində dəstəyə ehtiyac var. Vətəndaşlarımızdan da xahiş edirik ki, azad olunmuş ərazilərə icazəsiz getməmək, müəyyən olunmuş yollardan kənara çıxmamaq vacibdir", - deyə Prezidentin köməkçisi bildirib.
Müəllif: Anar | 2-12-2021, 10:18
Oxunub: 81
    
Reklam