» » Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq Sazişi təsdiq edildi

Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq Sazişi təsdiq edildi

Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq Sazişi təsdiq edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmanla “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında” 2021-ci il martın 11-də Sofiya şəhərində və mayın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərəcək.
Müəllif: Anar | 17-07-2021, 14:59
Oxunub: 14
    
Reklam