» » Aznardan Yay məktəbi lahiyəsinə dəstək

Aznardan Yay məktəbi lahiyəsinə dəstək

Aznardan Yay məktəbi lahiyəsinə dəstək
Aznardan Yay məktəbi lahiyəsinə dəstək
Aznardan Yay məktəbi lahiyəsinə dəstək
Aznardan Yay məktəbi lahiyəsinə dəstək

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Yay məktəbi" lahiyəsi ölkə ərazisində uğurla baş çatdı. Göyçay məktəbliləri "Yay məktəbi" lahiyəsi çərçivəsində Aznar QSC də oldular.

Məktəblilər “AzNar” QSC-nin meyvə şirəsi istehsalı zavodu ilə tanış olub. Lahiyə çərçivəsində ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdır. Şagirdlər açıq havada dərsləri, muzeylər, tanınmış yerlər, zavodlar, parklarla tanışlğı, fəaliyyət göstərən iaşə obyekləri, tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumatlandırılır, müxtəlif dövrlərə aid eksponatlarla tanış olurlar. Fərqli yaş qruplarına uyğun təşkil olunan ekskursiyalar zamanı qısa mühazirələr oxunur, yaradıcı oyunlar keçirilir.
Aznardan Yay məktəbi lahiyəsinə dəstək
Aznardan Yay məktəbi lahiyəsinə dəstək
Aznardan Yay məktəbi lahiyəsinə dəstək
Aznardan Yay məktəbi lahiyəsinə dəstək

Bu gün Göyçay şəhər M. Muradov adına 4 saylı tam orta məktəbin şagirləri Dünyada tanınan öz kefiyyətli məhsulları ilə brend olan Aznar QSC nə ekskursiya etdilər. Məktəbin müəllimləri Cəmilə Bayramova, Aidə Osmanova və Firəngiz Məmmədyarova şagirlərə Aznar QSC haqqında geniş məlumat verdilər. Zavodun ərazisində 44 gün Vətən müharibəsi zamanı şəhid olan həmyerlilərimizin o cümlədən zavodun işçilərindən olan qəhrəmanlar unudulmur güşəsinin qarşısında şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundu. Şagirlər ikinci Qarabağ müharibəsi zamanı Aznar şirkətinin "Əsgərlərə dəstək" aksiyası keçirməsi, düşmənlə üz-üzə cəbhədə döyüşən qürurumuz olan Azərbaycan əsgərinin yanında olması haqqında foto guşəyə tamaşa etdilər. Zavodun ərazisində inşa olunmuş müasir, zövqlü bir məkan Nar Hotel - Göyçay incisi ilə tanış olan məktəblilər regionda tayı bərabəri olmayan, turizmin inkişafına töhfə verən, qonaqların daim dəyişilməz və hər dəfə öz rəngarəngliyi ilə seçilən hoteli gəzdilər. Foedə sərgilənən Azərbaycan rəssamlarının əl işləri ilə tanış olan qonaqlara hotelin Nar kitabxanası təqdim olundu. Balacalar xarici nəşrlərin kitabları ilə yanaşı Azərbaycan tarixi, mədəniyyəti, Şirvanın gözü olan Göyçay rayonu və Aznar şirkəti haqqında kitablara baxdılar. Hotel qarşısında istirahət üçün nəzərdə tutulan seyrəngahda nar simvolu ilə bəzədilmiş həyətdə özləri üçün bir məkan kəşf edən şagirlərin sevincinin həddi hüdudu yox idi. Zavod ərazisi müxtəlif dekarativ ağaclar, gül kolları, yaşıl otlaq sahəsi fəaliyyət göstərən zavodda olan hər bir kəsə bir sakitlik,rahatlıq, zövqlü mənzərəyə səyahət düşüncəsini daşıyırdı.Sonra balaca qonaqlar zavodun sexləri ilə tanış oldular. Zavodda istehsal olunan hər gün uşaqların sevimli şirələrinin istehsal olunduğu sexlər onlar üçün dahada maraq kəsb edirdi. Müəllimlərinə "bu şirədən içmişəm burda istehsal olurmuş" deyə tez-tez suallar verirdilər. Müəllimlər və zavod bələdçiləri istehsal olunan məhsullar barədə məlumat verirdilər. Məhsulların yoxlanması üçün yaradılan labaratoriyada olan şagirldərə içdikləri şirələrin yoxlama aparıldıqdan sonra qablaşdırılması barədə məlumat verildi. Balacaların sual dolu nəzərləri gah müəllimlərinə gah bələdçiyə zillənir, əraziyə baxdıqca uzaqlarda görsənən sexləri görsədərək orda nədir deyə cavab gözdəyirdilər.
Aznardan Yay məktəbi lahiyəsinə dəstək
Aznardan Yay məktəbi lahiyəsinə dəstək
Aznardan Yay məktəbi lahiyəsinə dəstək
Aznardan Yay məktəbi lahiyəsinə dəstək

Aznar QSC- in rayonun vətəndaşları üçün Almaniyadan gətirilmiş avadanlıqlarla təhçiz olunan çamaşırxananın fəaliyyəti barədə məlumat verildi. Uşaqlar zavodun ərazisində yüksək kefiyyətlə, müasir xidmətlə fəaliyyət göstərən restoranla da tanış oldular. Bura Milli və dünya mətbəxinin ləziz təamları, aşpazların əl işləri regionun ən reytinqli resoranından xəbər verirdi.
Zavod ərazisində ekskursiyanın sonunda Aznar QSC-in direktoru, gənc, sahibkar, xeyriyyəçi, səmimi, sadə və mehriban insan Teymur Əhmədovun balaca qonaqlarla səmimi görüşü yadda qalan oldu.
Aznardan Yay məktəbi lahiyəsinə dəstək

Aznardan Yay məktəbi lahiyəsinə dəstək

Şirkətin direktoru Teymur Əhmədov müəllim və şagirlərə “AzNar” QSC-nin nar emalı zavodunda “Grante” brendi ilə istehsal edilən nar, heyva və alma şirələri, cem və kompot məhsulları 20-dən çox ölkəyə, o cümlədən ABŞ, Polşa, Yeni Zelandiya, Almaniya, Avstraliya, Rusiya, İsrail, Latviya, Litva, Estoniya, Çexiya və Qazaxıstana ixrac edilir. Bildirilib ki, ümumilikdə 100 işçinin çalışdığı zavod məhsulların keyfiyyətini ildən-ilə yüksəltməyi və xarici bazarlara çıxış imkanlarını genişləndirməyi qarşıya məqsəd qoyub. İtaliyadan gətirilən avadanlığın quraşdırıldığı zavodda heç bir qatqı olmadan təbii yolla hazırlanan nar şirələri indiyədək müxtəlif ölkələrdə keçirilən beynəlxalq qida məhsulları sərgisində 5 qızıl medal qazanıb. Rayonda meyvəçiliyin inkişafına təkan verən “AzNar” indiyədək 1160 hektar sahədə yeni nar bağı, 15 hektar sahədə isə xurma, gilas və ərik bağı salıb. Meyvə bağlarına 200 işçi qulluq edir.
Teymur Əhmədov qeyd edib ki, “AzNar” QSC-nin emal zavodu Azərbaycanda ilk dəfə olaraq narın tumunu təkrar emal etməklə, müxtəlif məhsulların istehsalını həyata keçirir. Narın tumundan tibbi və kosmetik yağ istehsal etmək üçün yeni sex yaradılıb. Tum müasir avadanlıqda qurudulur və yağ əldə olunur. Nar tumunun yağından dəri və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir. Narın qabığında çoxlu tanin maddəsi olduğu üçün bazarda ona böyük tələbat var. Nar qabığının qurudulması və məhsulun istehsalı üçün İtaliyadan avadanlığın alınması nəzərdə tutulur. Nar tumu və qabığından hazırlanan məhsulların satışı üçün Rusiya və İsrail şirkətləri ilə razılıq əldə edilib. Sonda hörmətli Teymur Əhmədov gələcəyimiz olan uşaqlara dərslərində uğur arzulayaraq, vətənimiz üçün dəyərli vətəndaş olmağı, dövlət və dövlətçiliyə sadiq sağlam və savadlı yetişmələrini arzuladı.

Rayon ziyalıları adından çıxış edən Firəngiz Məmmədyarova həmişə gənclərə, təhsilə diqqət və qayğı ilə yanaşıldığına, xeyriyyəçilik aksiyalarının, müxtəlif lahiyələrin həyata keçirilməsində özünəməxsus yer tutan, rayon ərazisində işsizlik problemininhəlinə çalışan, 44 gün vətən müharibəsi zamanı əsgərimizə dəstək olan, şəhid ailələrinin, qazilərin yanında duran Aznar şirkətinin rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirdi. Sonda şagirdlər bir ağzdan"Aznar çox sağ ol" şüarı ilə bu günkü ekskursiya görə təşkilatçıları alqışladılar. Şirkət tərəfindən balaca qonaqlara hədiyələr təqdim olunub.
Qeyd edək ki, “Yay məktəbi" layihəsi ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünya görüşünün artırılmasıdır.
Aznardan Yay məktəbi lahiyəsinə dəstək
Aznardan Yay məktəbi lahiyəsinə dəstək
Müəllif: Anar | 1-07-2021, 16:43
Oxunub: 74
    
Reklam