» » Bərdədə ağır qəza: 4 yaralı

Bərdədə ağır qəza: 4 yaralı

Bərdədə ağır qəza: 4 yaralı

Bərdədə ağır yol qəzası baş verib.

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, hadisə rayonun Həzi Aslanov küçəsində saat 23:30 radələrində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan VAZ-2107 markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı çinar ağacına çırpılıb. Nəticədə sürücü 21 yaşlı Səid Ədilov da daxil olmaqla avtomobildə 4 nəfər, Bərdə rayon Cəyirli kənd sakinləri 21 yaşlı Yunis Abdullayev, 18 yaşlı Rəşid Mustafayev və Elnur Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar hadisə şahidlərinin köməyi ilə Bərdə MRX-na çatdırılıb.

Xəstəxanadan alınan məlumata görə, yaralıların vəziyyəti qənaətbəxşdir. Müayinə zamanı sürücüdə sərxoşluq əlaməti aşkarlanmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.
Müəllif: jurnalist | 26-07-2015, 11:32
Oxunub: 503
    
Reklam