» » Tale Heydərov: “Bu, futbolçuların haqqıdır” - MÜSAHİBƏ

Tale Heydərov: “Bu, futbolçuların haqqıdır” - MÜSAHİBƏ

Tale Heydərov: “Bu, futbolçuların haqqıdır” - MÜSAHİBƏ

UEFA Avropa Liqası II tur cavab qarşılaşması “Qəbələ” – “Çukariçki” (2:0) oyunundan sonra “Qəbələ”nin prezidenti Taleh Heydərov apasport.az saytının suallarını cavablandırıb.

- Çox gərgin oyun keçdi. Meydanda futbolçular da, azarkeşlər də olduqca həyəcanlı idilər. Sizdə necə həyəcan var idimi?

- Əlbəttə. Biz də çox həyəcanlı idik. Şadıq ki, mərhələni keçdik. Klub tarixində ilk dəfədir ki, biz ikinci mərhələni keçirik. Çox sevincliyik, sevincimizin həddi-hüdudu yoxdur.

- Sizin fikrinizcə bu gün meydanda nə çatışmadı?

- Müəyyən səhvlər oldu. Bu da təbiidir. Komandada yeni oyunçular var. Onların adaptasiyasına vaxt lazımdı. Birlikdə daha çox oynadıqca komanda daha yaxşı olacaq. Çalışmalıyıq ki, az səhvlər edək. Bu gün biz bunu bacardıq. Rəqibdən daha yaxşı oynadıq. Onlardan üstün idik.

- Bu, sizin üçün maksimum hədəf idi, yoxsa daha irəli getmək istəyirsiniz?

- Bizim komandanın, oyunçuların və məşqçinin potensialı, rəhbərliyin verdiyi dəstək komandanın daha da irəli getməsinə şərait yaradır. Hesab edirəm ki, öz güclərini tam olaraq ortaya qoysalar, çalışıb bundan da artığını eləmək olar.

- Siz soyunub-geyinmə otağına daxil olanda futbolçuların səsi yüksəldi. Onlara nə dediniz?

- Onlara mükafat vəd etdik. İlk dəfədir bu mərhələyə yüksəlmişik, ona görə də futbolçuların zəhmətini qiymətləndiririk. Bu, onların tam haqqıdır.
Müəllif: jurnalist | 24-07-2015, 11:58
Oxunub: 519
    
Reklam