» » Qeydiyyata alınmış işsiz şəxslər özünüməşğulluqla əlaqədar təlim keçmədən əmlakla təmin ediləcək

Qeydiyyata alınmış işsiz şəxslər özünüməşğulluqla əlaqədar təlim keçmədən əmlakla təmin ediləcək

Qeydiyyata alınmış işsiz şəxslər özünüməşğulluqla əlaqədar təlim keçmədən əmlakla təmin ediləcək

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə həyata keçirilən təlimləri keçmədən müvafiq əmlakla təmin edilməsi barədə" qərar qəbul edib.

Qərara əsasən, konavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran (qanunvericiliyə uyğun olaraq hüququ olan) kimi qeydiyyata alınmış özünüməşğulluğa cəlb edilən şəxslər 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən, yerli qurumların köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunacaqlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtarankimi qeydiyyata alınmış şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb edilməsini təmin etməlidir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını sürətləndirməli və bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Müəllif: Anar | 27-07-2020, 17:58
Oxunub: 94
    
Reklam