» » I Avropa Oyunlarının açılışı günü qeyri-iş günü elan edilə bilər

I Avropa Oyunlarının açılışı günü qeyri-iş günü elan edilə bilər

I Avropa Oyunlarının açılışı günü qeyri-iş günü elan edilə bilər

Prezident İlham Əliyev tərəfindən parlamentə layihə daxil olub

Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub.

Layihəyə əsasən, yalnız bir dəfə - 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur.

Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq.
Müəllif: Müxbir | 11-05-2015, 12:06
Oxunub: 418
    
Reklam