» » Bakı 2015 Avropa oyunlarının məşəli Qarabağda - Fotolent

Bakı 2015 Avropa oyunlarının məşəli Qarabağda - Fotolent

Bakı 2015 Avropa oyunlarının məşəli Qarabağda - Fotolent

Avropa Oyunlarının məşəli dünən Füzuli rayonunun Horadiz şəhərinə gətirilib.

İnterAz-ın Qarabağ bürosunun verdiyi məlumata görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Horadiz şəhərində bayraq meydanında qarşılanıb. Məşəl estafeti saat 19:30-da start götürüb.

Məşəli qəbul edən Füzuli rayonu Qazaxlar kənd orta məktəbinin müəllimi Atamoğlan Qərəmanov 10 nəfər həmkarı ilə birgə yürüşü davam etdirib. 4300 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən müəllimlər məşəli bayraq meydanından Heydər Əliyev prospekti boyunca Heydər Əliyev meydanına çatdırıblar. Horadiz şəhər 3 saylı orta məktəbin idman müəllimi Rövşən Ələsgərov məşəli meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı alovlandırması ilə festival başlayıb.

Qeyd edək ki, I Avropa Oyunları, ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcək.
Müəllif: Müxbir | 9-05-2015, 22:14
Oxunub: 545
    
Reklam