» » Azərbaycanda karantindən sonra Premyer Liqaya hazırlaşan klublar - Məşqlər necə keçir?

Azərbaycanda karantindən sonra Premyer Liqaya hazırlaşan klublar - Məşqlər necə keçir?

Azərbaycanda karantindən sonra Premyer Liqaya hazırlaşan klublar - Məşqlər necə keçir?

Azərbaycan Premyer Liqasının klubları koronavirus pandemiyası səbəbindən dayandırılan məşqləri ötən həftədən bərpa ediblər.


"Qarabağ" futbol klubunun mətbuat xidmətindən Trend-ə bildirilib ki, klub iyunun 21-ə nəzərdə tutulan Premyer Liqa matçlarına hazırlıqlar görür:

"Ötən həftənin əvvəlindən məşqlər bərpa olunub. Qoyulmuş qaydalara uyğun olaraq, gündə bir dəfə məşqlər keçirilir. Hər gün futbolçuların temperaturu ölçülür, məşq zamanı maksimum sosial məsafə qorunur, bütün texniki heyət isə əlcək və tibbi maskalardan istifadə edir. Təhlükəsizlik baxımından bütün tövsiyə və tapşırılan qaydalara riayət olunur".

Klubdan əlavə olunub ki, müqaviləsi başa çatan futbolçularla razılıq əldə ediblər, yalnız bir futbolçu ilə yollarını ayırıblar:

"Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarımızı ayırmışıq. Belə ki, hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib".

"Keşlə" futbol klubunun mətbuat xidmətindən qeyd olunub ki, sonuncu yumşalmadan qabaq klub onlayn şəkildə məşqlər həyata keçirirdi:

"Artıq ikinci həftədir ki məşqlərimiz start götürüb. Lakin həftəsonu qoyulan məhdudiyyət zamanı məşqlər müvəqqəti dayandırıldı. Bundan əvvəl futbolçular yalnız onlayn şəkildə məşqlər həyata keçirirdilər. İyunun 21-də futbol üzrə Azərbaycan Premyer Liqası nəzərdə tutulub, ancaq hələ də yekun qərar verilməyib. Qərar verilməsə də klub üzərinə düşən bütün işləri görür, çempionata hazırlıq gedir. Ayın 9-da "Neftçi" klubu ilə yoldaşlıq oyunumuz gözlənilirdi, onu iyunun 10-nuna keçirdik, bundan əlavə ayın 14-də daha bir yoldaşlıq oyunu var idi, ancaq təəssüf o da vaxtı dəyişib".

Klubdan bildirilib ki, Azərbaycanda koronavirusa ilk yoluxma qeydə alınan gündən stadionda, klubun bazasında və ofisdə dezinfeksiya işləri aparılır və qrafikə uyğun davam etdirilir:
Müəllif: Anar | 11-06-2020, 07:06
Oxunub: 309
    
Reklam