» » “Qəbələ” və “Neftçi” məğlub oldu

“Qəbələ” və “Neftçi” məğlub oldu

“Qəbələ” və “Neftçi” məğlub oldu

III Qəbələ kuboku start götürüb. Apasport.az saytının məlumatına görə, 7 ölkəni təmsil edən 8 klub ilk 2 turun matçlarına çıxıb.

15 yaşadək futbolçular arasında təşkil olunan turnirin ilk günü Azərbaycan klubları üçün çətin matçlarla başlayıb. “Qəbələ” “Udineze”, “Neftçi” “Lokomotiv”lə qarşılaşaşıb. İkinci turda isə təmsilçilərimiz müvafiq olaraq “Fənərbaxça” və “Rapid”lə üz-üzə gəlib. "Qəbələ" "Udineze"yə qalib gəlsə də, "Fənərbaxça"ya uduzub. "Neftçi" isə hər iki görüşdən məğlub ayrılıb.

I tur
A qrupu
“Qəbələ” (Azərbaycan) – “Udineze” (İtaliya) - 1:0
Qol: Cavidan Osmanli, 12

“Fənərbaxça” (Türkiyə) – “Liverpul” (İngiltərə) - 1:0
Qol: Səfa Berkay Kara

B qrupu
“Rapid” (Avstriya) – “Anderlext” (Belçika) - 1:3
Qollar: Yulian Krenn – Hotmann Əl-Kababri; Yarno de Nayer; Mayk Trezor

“Neftçi” (Azərbaycan) – “Lokomotiv” (Rusiya) - 0:2
Qollar: Boqdan Zorin; Sergey Pavlenko

II tur
A qrupu
“Qəbələ” – “Fənərbaxça” - 0:3
Qollar: Tural Əjdərli (öz qapısına) - Alparslan Demie; Yusuf Furkan Coşkun

“Udineze” – “Liverpul” - 1:0

B qrupu
“Rapid” – “Neftçi”- 2:1

“Anderlext” – “Lokomotiv” - 2:2
Müəllif: Müxbir | 3-06-2014, 16:21
Oxunub: 611
    
Reklam