» » "Gələcəyin alimləri" mövzusunda beşinci respublika virtual elmi konfrans keçiriləcək

"Gələcəyin alimləri" mövzusunda beşinci respublika virtual elmi konfrans keçiriləcək

"Gələcəyin alimləri" mövzusunda beşinci respublika virtual elmi konfrans keçiriləcək

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə 12-13 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Gələcəyin alimləri” mövzusunda tələbələrin beşinci respublika virtual elmi konfransı keçiriləcəkdir.

BDU-dan bildirilib ki, elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır.

Virtual elmi konfransda iştirak etmək istəyənlər mayın 10-da saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.
Müəllif: jurnalist | 6-05-2020, 07:25
Oxunub: 186
    
Reklam