» » AGF 15 dəqiqəlik səhər gimnastikası layihəsinə start verib

AGF 15 dəqiqəlik səhər gimnastikası layihəsinə start verib

AGF 15 dəqiqəlik səhər gimnastikası layihəsinə start verib

Azərbaycan Gimnastika Federasiyasının (AGF) “Instagram” səhifəsində 15 dəqiqəlik səhər gimnastikası layihəsinə start verilib.

AGF xəbər verir ki, bu növ məşqlər şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 11:00-da təqdim olunacaq.

Hərəkətləri gimnastika növləri üzrə böyüklərdən ibarət yığma komandalarımızın gimnastları, məşqçiləri, fizioterapevt və ümumi fiziki hazırlıq üzrə mütəxəssislər nümayiş etdirəcəklər.

Uşaqlardan yaşlı insanlaradək hamı üçün faydalı olan bu hərəkətlər gün boyu səhər gimnastikasında iştirak edənlərə gümrah olmaqda kömək edəcək.
Müəllif: jurnalist | 28-03-2020, 06:02
Oxunub: 306
    
Reklam